17 Noyabr 2017 11:45
2 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakıda 3-cü “Türk Filmləri Həftəsi”nə start verilib.

Teleqraf.com xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan rəsmi açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, “Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Mətin Gündoğdu, eləcə də festivalın baş koordinatoru Önər Kılıç çıxış ediblər.

Festivalın açılış mərasiminə qatılanlar sırasında millət vəkili Qənirə Paşayeva, bəstəkar Nailə Mirməmmədli, əməkdar artistlər Naibə Allahverdiyeva, Naina İbrahimova, İlqar Cahangir, aktyorlar Zaur Şəfiyev, Qorqud Cəfər, aktrisalar Günay Əhməd, Zarina Qurbanova iştirak edib.

Açılışa qatılan hər iki ölkənin rəsmiləri “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinin əsas hədəf olduğunu bildiriblər.

Gecədə Türkiyədən gələn “Hayat davam edir” serialı ilə tanınan aktrisa Məltəm Miraloğlu, “Məni əfv et” serialının baş qəhrəmanı, aktrisa Qayə Turqut, “Bez bəbək” serialının Jokeri, aktyor Məhmət Usta mükafat alıb.

Açılış mərasimindən sonra türkiyəli rejissor Canər Ərzincanın “Yeni dünya” filmi nümayiş olunub.

Qeyd edək ki, 3-cü “Türk Filmləri Həftəsi” Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsi və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyinin dəstəyi ilə həyata keçirilir.


Müəllif: Fotolar: İlqam Cəbiyev

Oxşar xəbərlər