8-10 dekabr 2017-ci il tarixində Əmircanda yerləşən Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin dəstəyi və Plener Group şirkətinin təşkilatçılığı ilə Əmircan rəssamlarının Xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyinə həsr olunmuş sərgisi keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, açılış dekabrın 8-i saat 16:00-da olacaq.
Sərgiyə Azərbaycan Rəssamlar İttifaqından və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından qonaqlar dəvət olunub. Sərgidə bir sıra görkəmli rəssam və sənətşünasların iştirakı gözlənilir.
Üç gün davam edəcək bu sərgidə 27 peşəkar, həvəskar və gənc rəssamın əsərləri nümayiş etdiriləcək.
Gələcəkdə bu sərginin ənənəvi olaraq hər ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.