6 Dekabr 2017 12:18
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Teleqraf.com-un məlumatına görə, Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifarişi müzakirə ediblər.

Azərbaycan həmin sessiyada milli dolma xörəyinin hazırlanması reseptinin bu siyahıya daxil edilməsi barədə müraciəti müsbət qarşılanıb və müvafiq olaraq Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Qeyri-Maddi Mədəni İrs Siyahısına nəsildən-nəslə keçən adətlər və yaradıcılıq formaları - şifahi ənənələr, ifaçılıq sənəti, sosial tədbirlər, bayram və mərasim adətləri, biliklər və təbiətlə, kainatla bağlı təsəvvürlər, habelə ənənəvi xalq sənəti texnikası daxil edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər