12 Dekabr 2017 09:46
2 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

...ermənilər üçün növbəti “şok effektini” isə Abxaziyanın “vətən müharibəsi» veteranı, respublika Əlil Futbolçular Federasiyasının prezidenti Camal Bartsits yaradıb. O, Qaqra şəhərində yaydığı müraciətdə bəyan edib ki, 1992-1993-cü illər ərzində baş verən müharibədə erməni batalyonları heç də Abxaziyanın müstəqilliyi uğrunda mübarizə aparmayıb, əksinə öz maraqlarını güdüblər. C.Bartsits bildirir: “Ermənilər Abxaziyada yaxşı qazandılar. Burada qalanlar gözəl ev-eşiyə sahib oldular. Ermənistana dönənlər də əliboş qayıtmadılar… Onlar Abxaziyanın müstəqilliyi üçün deyil, öz məqsədlərinə çatmaq üçün ölüblər... Ermənilər öz təşəbbüsləri ilə bu müharibəyə qoşulublar. Mən yaxşı bilirəm, onlar eyni qəddarlıqla təkcə gürcülərlə deyil, abxaz döyüşçüləri və mülki əhali ilə haqq-hesab çəkirdilər… Son vaxtlar biz abxazlar öz ölkəmizdə çox çətin durumdayıq və özümüzü burada artıq adamlar kimi hiss edirik. Bizim yalnız bir vəzifəmiz qalıb: Onlara xidmətçi olmaq. Ermənilər deyirlər ki, onlar Abxaziyanın ən qədim əhalisidirlər və biz bu gün onlara borcluyuq… Abxaziya onların biznes gəlirləri üçün mənbəyə çevrilib. İndi burada hər şey, hətta narkotik də almaq olar. Dilənçi günündə yaşayan ermənilərin çoxu Abxaziyada milyonçu olub. Onlar hər il buradan Ermənistanın dövlət büdcəsinə böyük məbləğdə vəsait daşıyırlar. Ölkəmizdə onların sayı gündən-günə artır. Buna baxmayaraq, Ermənistan Gürcüstanı qıcıqlandırmamaq üçün Abxaziyaya siyasi dəstək verməkdən çəkinir”.

Müraciətin sonunda Camal Bartsits əlavə edib ki, əgər Ermənistan Respublikası bütün bunlardan sonra Abxaziyanın dövlət müstəqilliyini tanımasa, ermənilər bu ölkədən çıxmağa məcbur olacaqlar.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Nodar Natadze (hadisələrin şahidi): «Baqramyan batalyonu qəddarlığı ilə seçilirdi… Gürcü partizanları bir ermənini əsir götürəndə döyüş əməliyyatları artıq başa çatmışdı. Həmin erməni ağlayır, günahsız olduğunu deyirdi. Gürcülərin ona yazığı gəlmişdi, əsiri evinə buraxmaq istəyirdilər. Bu zaman onun üstündə bir bağlama gördülər. Bağlamanı açdılar. İçərisində insan gözləri, kəsilmiş qulaqlar və burunlar var idi. Məlum oldu ki, bu şəxs Baqramyan batalyonunun döyüşçüsüdür. Abxazlar hər öldürülən gürcüyə görə yüz dollar pul verirdilər. O pulu almaq üçün isə batalyon döyüşçüsü sübut kimi öldürdüyü insanların bədən üzvlərindən birini gətirməli idi».

Qerman Beseliya (hadisələrin şahidi): «Merxeuli kəndi əhalisinin çoxu evlərini tərk etmək istəmirdi. Onların arasında yataq xəstələri də var idi. Erməni qrupu (Baqramyan batalyonu) kəndə daxil oldu. Onlar gürcü əhalisinə atəş açanda qonşum ot tayalarının arasında gizləndi. Ermənilər bunu bildilər və tayaları iplə bir-birinə bağlayıb od vurdular. Sonra isə kənarda dayanıb onun diri-diri necə yanmasına tamaşa etdilər. Mənim gözlərim qarşısında kəndin qoca qadınlarının başlarını balta ilə vururdular. Ermənilər kəndimizdə 67 gürcünü öldürmüşdülər».

Liya Berai (hadisələrin şahidi): «Batalyonun erməniləri vəhşilikdə abxazları da keçmişdilər. Hətta qarət olunan əşyaları bölə bilməyəndə bir-birlərinə hücum edirdilər».

Bu isə Abxaziya Erməni İcmaları Şurasının sədri M.Topçiyanın etiraflarıdır: «1992-1993-cü illər Vətən müharibəsi (?) Abxaziya üçün ciddi sınaq olmuşdu. Ermənilər milli-azadlıq mübarizəsinin bütün cəbhələrində abxazlarla çiyin-çiyinə vuruşurdular. Bu işdə o vaxtlar Abxaziya Ali Soveti sədrinin müavini olmuş A.Topalyanın başçılıq etdiyi «Krunk» mədəni-maarifçilik cəmiyyətinin böyük xidmətləri olmuşdu. Baqramyan batalyonu döyüşlərdə böyük şücaət göstərmiş, onun üzvlərindən 20 nəfər «Abxaziyanın milli qəhrəmanı» adına layiq görülmüşdü».

1992-1993-cü il hadisələrində fəal iştirakı ilə Abxaziyada nüfuzunu və mövqeyini möhkəmləndirən erməni-həmşinli icmaları tədricən qondarma respublikanın iqtisadi-maliyyə və siyasət sferasına ciddi şəkildə daxil olmuş, bununla da prosesin ikinci mərhələsinə – «tarixi Ermənistan əraziləri» hesab etdikləri Abxaziyanın «erməniləşdirilməsinə» start verilmişdi. Abxaziyanın demək olar ki, bütün bölgələrində erməni məktəbləri açılmış, qriqorian kilsələri fəaliyyət göstərməyə başlamış, xristian və müsəlman həmşinlilər arasında erməni etnik identikliyini gücləndirmək məqsədilə erməni-həmşin kütləvi informasiya vasitələri, eləcə də radio verilişləri yaradılmışdı. Məsələn, «Amşen» qəzeti indi təkcə Abzaziyada deyil, Rusiya və Ermənistanda da yayılmaqdadır. Eyni zamanda, Abxaziyaya Ermənistandan «Голос Амшена» («Amşenin səsi») qəzetinin 15 min nüsxəsi də göndərilir. 2013-cü ildə Qaqrada erməni kilsəsi fəaliyyətə başlamış, tanınmayan respublikada bütün dərslərin erməni dilində tədris olunduğu 26 orta məktəb açılmışdır. Abxaziya parlamentinin deputatı Levon Daşyanın sözlərinə görə, Ermənistan istisna olunmaqla dünyanın heç bir guşəsində bu sayda erməni məktəbləri yoxdur. Ermənilərin Abxaziyanın siyasi həyatına təsiretmə imkanları da genişlənmişdir. Belə ki, «son prezident seçkilərində Abxaziyanın erməni seçicilərinin 80%-nin iştirak etməsinə baxmayaraq, onların səsləri həlledici rol oynamışdır».

Paralel olaraq, təkcə Abxaziyada deyil, bütöv Qara dəniz regionunda ermənilərin təsirini gücləndirmək, bu prosesə Ermənistan Respublikasını fəal cəlb etmək üçün həmşinlilərdən geniş istifadə olunmaqdadır. Məsələn, Krasnodardakı «Amşen» mərkəzinin direktoru Artavazd Tulumcyan yazır ki, Qara dəniz sahillərində – Türkiyə və Abxaziyada yaşayan «erməni həmşinlilərin» identikliyini möhkəmləndirmək, onun intibahına nail olmaq məqsədilə yeni hərəkatın yaradılmasına böyük ehtiyac var. Lakin «Ermənistan Respublikasının yardımı olmadan biz bu problemi həll edə bilməyəcəyik. Onu da başa düşürük ki, indiki şəraitdə Ermənistan Abxaziya ilə açıq şəkildə əməkdaşlıq edə bilməyəcəkdir. Lakin Ermənistanın xeyli sayda qeyri-hökumət təşkilatı var və onların vasitəsilə Abxaziyadakı soydaşlarımızı dəstəkləmək, onlara yardım etmək mümkündür».

Ermənilər «dünya həmşinlilərinin» bayrağını da yaratmış (şəkildə yuxarıda) və ilk dəfə onu Rusiyada nəşr olunan «Amşen» jurnalında yaymışlar. Bu bayraq hələlik rəsmi təsdiq edilməsə də, ermənilərin Ermənistanda və Rusiyada keçirilən mitinq və nümayişlərində dalğalandırılır. Ermənistan Respublikasının dövlət atributunun əsasında yaradılmış həmin bayrağı ortadan dörd yerə bölən xaç həm ermənilərin xristian dininə etiqadını, həm də dünyanın dörd tərəfinə yayılmış xalqın mənəvi-siyasi ittifaqını simvolizə edir. Abxaziya və Türkiyənin müsəlman həmşinliləri üçün hazırlanmış etnik bayraq layihəsinin təsviri və daşıdığı rəmzlər isə bir qədər fərqlidir. Bununla belə, o, erməniliyin prinsiplərini, «Qərbi Ermənistan» iddialarını, xristian və müsəlman həmşinlilərin birliyini ifadə edir. Məsələn, bayraqdakı yaşıl zolaq bir tərəfdən «həmşinli ermənilərin vətəni olan «Qərbi Ermənistan»ın coğrafiyasını və təbiətini», digər tərəfdən isə onların islam dininə etiqadını simvolizə edir. Mavi zolaq «bütün həmşin ermənilərinin torpağı – «Qərbi Ermənistan» ilə ana vətəni – Ermənistan Respublikasını birləşdirən» Qara dənizin rəmzidir. Ağ zolaq isə «həmşin coğrafiyasından kənarda yaşayan bütün həmşinliləri (müsəlman, xristian) ifadə edir.

Beləliklə, Abxaziyanın tədricən «erməniləşdirilməsi» siyasəti getdikcə tanınmayan respublikanın köklü əhalisində ciddi narahatlıq yaratmağa başlamışdır. Onlar hətta ermənilərn fəaliyyətini milli təhlükəsizliyə, abxazların etnik identikliyinin qorunması və inkişafına ciddi təhdid kimi də dəyərləndirirlər. Abxaziyanın dövlət və hökumət orqanlarının aparıcı postlarına, xüsusilə yerli parlamentə etnik ermənilərin yerləşdirilməsi prosesi də sürətlə davam etməkdədir. Belə ki, Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun araşdırmalarına əsasən, ermənilər üçün əlverişli şəraitin yaradılmasında Abxaziyadakı demoqrafik vəziyyətin də müsbət təsiri olmuşdur. Belə ki, yerli abxazlarla müqayisədə burada ermənilərin sayı sürətlə artmaqdadır. Abxaziyada ikili vətəndaşlıq haqqında qanun qüvvəyə mindikdən və əhaliyə kütləvi şəkildə Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən pasport verildikdən sonra Krasnodar vilayətindən həmşinlilərin qondarma «müstəqil dövlətin» ərazisinə axını da burada ermənilərin demoqrafik vəziyyətini yaxşılaşdırmışdır. Nəticədə, 2011-ci il əhalinin siyahıya alınmasının yekunlarına görə, yüz il ərzində ermənilərin sayı 40 min nəfərə çatmışdır. Lakin Abxaziyanın erməni icması bu rəqəmlə razılaşmamış, hakimiyyət orqanlarını demoqrafik göstəriciləri süni şəkildə azaltmaqda, ermənilərin hüquqlarını kobud surətdə pozmaqda ittiham etmişdir. Onların «icmadaxili statistikasına» əsasən, burada «de-fakto» həmşinlilər də daxil olmaqla təqribən 90 min erməni və 150 min nəfərə yaxın həmşinli (müsəlman və xristian) yaşayır. Rusiya Tədqiqatları İnstitutu onu da vurğulayır ki, Abxaziyada erməni əhalisinin say göstəricilərinin artırılması onlara öz iddialarını reallaşdırmaq, yerli qanunverici və icraedici orqanlarda mövqelərini daha da möhkəmləndirmək üçün vacibdir. Bu məqsədlə onlar hətta Rusiyada yaşayan minlərlə erməniyə «Abxaziya vətəndaşı» statusunun verilməsinə də nail olmuşlar. Abxaziyada sürətlə baş qaldıran erməni iddiaları demoqrafik vəziyyəti – təbii artımı sürətlə azalan abxazlarda ciddi narahatlıq doğurmuşdur. Onların fikrincə, ermənilərin iddiaları reallaşarsa, abxazlar «dövlətyaradıcı» və «titullu xalq» mövqeləri ilə birdəfəlik vidalaşmalı olacaqlar.

2016-cı ilin may ayında Gürcüstanın «Кавказ Плюс» internet qəzetində Abxaziyadakı «Krunk» təşkilatının tanınmayan respublikanın ərazisində «erməni milli-mədəni muxtariyyətinin» yaradılması planlarına dair material dərc olunmuşdur. Məqalədə həmin təşkilatın Abxaziya rəhbərliyinin ünvanına göndərdiyi müraciətin bəzi hissələri də dərc edilmişdir. Müraciətdə bildirilirdi ki, «bu ölkənin köklü əhalisi olan ermənilər» qədim dövrlərdən etibarən abxaz xalqı ilə birlikdə Abxaziya dövlətçiliyinin inkişafında yaxından iştirak etmiş, Bizansa, ərəblərə və türklərə, «gürcü faşizminə» qarşı çiyin-çiyinə mübarizə aparmışlar. Bununla belə, «hazırda əzabkeş və zəhmətkeş erməni əhalisi yenidən Abxaziya hakimiyyətinin təqiblərinə məruz qalmaqdadır. Respublika rəhbərliyi erməni əhalisinin sayını məqsədli şəkildə azaldır, bizə kilsə tikməyə icazə vermir, erməni məktəbləri, teatr, mədəniyyət mərkəzləri açmaq barədə təşəbbüslərimizi bəyənmirlər… Belə çıxır ki, ermənilər Abxaziyanın müstəqilliyi üçün deyil, öz hüquqlarının pozulması uğrunda mübarizə aparıblar. Abxaziyanın köklü erməni əhalisi respublikada milli-mədəni muxtariyyətini yaratmaq hüququna malikdir». Müraciətdə o da bildirilirdi ki, gürcülərin qovulmasından sonra «respublikada çoxsaylı xalq olan ermənilər» muxtariyyət üçün Abxaziyanın Qulrıpş, Oçamçır, Tkuarçal rayonlarının ərazilərini tələb edirlər. Bu barədə hazırlanmış qanun layihəsi Abxaziya parlamentinin erməni deputatları Levon Qalustyana və Robert Yaylyana təqdim olunacaqdır. Ermənistan və Abxaziya ermənilərinin gürcü kütləvi informasiya vasitələrinə reaksiyası özünü çox gözlətməmişdir. Belə ki, onlar müraciət mətnini «Gürcüstanın növbəti təxribatı» adlandırmışdılar.

Ermənilər üçün növbəti «şok effektini» isə Abxaziyanın «vətən müharibəsi» veteranı, respublika Əlil Futbolçular Federasiyasının prezidenti Camal Bartsits yaratmışdır. O, Qaqra şəhərində yaydığı müraciətdə bəyan etmişdir ki, 1992-1993-cü illər ərzində baş vermiş müharibədə erməni batalyonları heç də Abxaziyanın müstəqilliyi uğrunda mübarizə aparmamış, əksinə öz maraqlarını güdmüşlər. C.Bartsits bildirir: «Ermənilər Abxaziyada yaxşı qazandılar. Burada qalanlar gözəl ev-eşiyə sahib oldular. Ermənistana dönənlər də əliboş qayıtmadılar… Onlar Abxaziyanın müstəqilliyi üçün deyil, öz məqsədlərinə çatmaq üçün ölüblər... Ermənilər öz təşəbbüsləri ilə bu müharibəyə qoşulublar. Mən yaxşı bilirəm, onlar eyni qəddarlıqla təkcə gürcülərlə deyil, abxaz döyüşçüləri və mülki əhali ilə haqq-hesab çəkirdilər… Son vaxtlar biz abxazlar öz ölkəmizdə çox çətin durumdayıq və özümüzü burada artıq adamlar kimi hiss edirik. Bizim yalnız bir vəzifəmiz qalıb: Onlara xidmətçi olmaq. Ermənilər deyirlər ki, onlar Abxaziyanın ən qədim əhalisidirlər və biz bu gün onlara borcluyuq… Abxaziya onların biznes gəlirləri üçün mənbəyə çevrilmişdir. İndi burada hər şey, hətta narkotik də almaq olar. Dilənçi günündə yaşayan ermənilərin çoxu Abxaziyada milyonçu olmuşdur. Onlar hər il buradan Ermənistanın dövlət büdcəsinə böyük məbləğdə vəsait daşıyırlar. Ölkəmizdə onların sayı gündən-günə artır. Buna baxmayaraq, Ermənistan Gürcüstanı qıcıqlandırmamaq üçün Abxaziyaya siyasi dəstək verməkdən çəkinir…». Müraciətin sonunda Camal Bartsits əlavə etmişdir ki, əgər Ermənistan Respublikası bütün bunlardan sonra Abxaziyanın dövlət müstəqilliyini tanımasa, ermənilər bu ölkədən çıxmağa məcbur olacaqlar.

Abxaziya erməniləri yenə də ləngimədən bu bəyanatı «abxaz-erməni münasibətlərinə qarşı təxribat» adlandırıblar. Abxaziya erməniləri icmasının sədri, «milli qəhrəman» Qalust Trapezonyan isə tanınmayan respublikanın müvafiq orqanlarını – Dövlət Təhlükəsizlik Xidmətini, Baş Prokurorluğu, Təhlükəsizlik Şurasını, ən nəhayət, Abxaziya prezidentini «ölkədə etnik zəmində ədavətin» salınmasına yönəldilmiş bu fəaliyyətin qarşısını almağa çağırmışdır: «Abxaziyanın erməni icması təkcə bu tipli çağırış edənlərin deyil, ölkədə milli qarşıdurmanın yaradılmasının ideoloqlarının məsuliyyətə cəlb olunmasını tələb edir».

(Ardı var)


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər