Tele-aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli həyat yoldaşı müğənni Doğuş xalq artisti Könül Xasıyevanın evində qonaq olublar.
Teleqraf.com xəbər verir ki, aparıcı xalq artisi ilə birlikdə çəkirdikləri fotonu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: "Yeni ilə bir gün qalmış Könül xanımı ziyarət etdik. Rəbbim sizə can sağlığı versin, böyük sənətkarımız. Kazım balamızı Allah qorusun".
Qeyd edək ki, Könül Xasıyeva onurğa sütununun iflicindən əziyyət çəkir.