İnsanlar model gözəlliyinin sərt standartlarına öyrəşiblər.
Dünyaca məşhur model və akstrisa Kelli Bruk qəribə bədən quruluşu ilə seçilir.
O, digər modellərdən fərqlənir. Ancaq onun fotosunu bir çox moda jurnallarının üz qabığında görmək olur.
Teleqraf.com xəbər verir ki, bəzi alimlər Kellidə əsl qadın bədəninin olduğunu iddia edirlər.
Ancaq bəziləri isə belə düşünmür.
Bütün bu şübhələrə son qoymaq üçün Texas universitetinin alimləri maraqlı araşdırma ediblər.
Yüzlərlə qadın arasında sorğu keçirilib. Onların hamısının bədən ölçüləri Kellininkinə uyğun olub.
Sorğu iştirakçıları həmin qadınların arıqlamalı olduqlarını bildiriblər.
Ancaq respondentlər Kelli ilə bağlı belə bir fikir söyləməyiblər.
Axı onda burun da, bədən də, saç da... bir sözlə, gözəlliyi təbiidir.
Kelli heç bir əməliyyat keçirməyib və silikondan istifadə etmir.
Kelli isə öz növbəsində, 50-ci illərin qadınlarına oxşamaq istədiyini bildirib.
Onun fikrincə, həmin vaxtlar qadınlar hazırkı modellərdən daha gözəl görünürdülər.