Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonağı tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu olub.
Övladları barədə sualları cavablandıran ifaçı hər iki oğlundan razı olduğunu deyib:
“Oğlumun biri Ədliyyə Nazirliyində çalışır, mayordur. Bu yaxınlarda polkovnik-leytenant rütbəsi alacaq. O biri oğlum isə SOCAR-da işləyir. Şükür Allaha ki, işə gedib, evə gəlirlər, hər ikisindən razıyam. İstərdim ki, biri nazir, biri də nazir müavini olsun, ancaq nə etmək olar… Bu o demək deyil ki, onlardan razı qalmamalıyam, buna da şükür”.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.