14 Fevral 2018 20:38
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgililər gününün ailəli olanlar üçün özəlliyi yoxdur.

Bu sözləri Teleqraf.com-a əməkdar artist Nüşabə Ələsgərli deyib.

14 fevral - Sevgililər gününü qeyd etməyə lüzum görməyən müğənni bunun səbəbini də açıqlayıb:

“Sevgililər gününün ailəli insanlara aidiyyəti yoxdur. Onlar üçün 365 gün elə sevgililər günüdür. Bu günü hələ ailə qurmamış cütlüklər keçirməlidir”.

Son zamanlar sağlamlığı ilə bağlı yaranmış problemə də aydınlıq gətirən məşhur müğənni səhhətinin yaxşılaşdığını bildirib:

“Bir neçə gündür qripdən və qızdırmadan əziyyət çəkirəm. Müalicə alıram. Yavaş-yavaş müalicələr təsirini göstərir”.


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər