21 May 2018 18:15
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilib.

***

Prezident İlham Əliyev Anna Netrebkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko “Dostluq” ordeni ilə təltif edilib.


Müəllif: Teleqraf.com