23 May 2018 16:57
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, film 26, 27 və 28 may tarixlərində CinemaPlus kinoteatrlar şəbəkəsində tamaşaçılara ödənişsiz təqdim olunacaq.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

Qeyd edək ki, film Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.


Müəllif: İlhamə Əbülfət