“Cırtdan və sehirli xalat” adlı yeni 3D animasiya filmi çəkilir.
Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideyası Müşfiq Hətəmova, süjet xətti Yusif Şeyxova məxsusdur. Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır. Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir.
3D formatında olacaq cizgi filminin rejissorları Rəşad Əfəndiyev və Yusif Qabilovdur.
Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib. Hazırda istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.
Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz “3Dost” animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film “Cırtdan və Təpəgöz” adlanır.
Pərvin