Azərbaycanlı aktrisa-yazar Gülay Hüseynova Mercedes-Benzin Türkiyədəki siması seçilib.
Bu barədə Teleqraf.com-a aktrisa özü xəbər verib.
Onun sözlərinə görə, 2017-ci ilin iyununda Mercedens-Benzin Türkiyə nümayəndəliyinin yeni reklam üzü axtardığını görüb və müraciət edib: “Kastinqlərə qatıldım. Sentyabr ayında istehsalçı şirkətdən zəng edib bildirdilər ki, seçilmisiz. Çəkiliş günlərini təyin etdilər.
Reklam “Kozyapım” şirkətinin istehsalıdır, rejissor Məhmət Dəmir Yılmazdır”.
Gülay Hüseynova Türkiyə və Rusiyanın ortaq istehsalı olan “Qəlbimin sultanı” adlı tarixi serialda əsas rol ifaçılarından biridir.