Türkiyənin məşhur köşə yazarı Yılmaz Özdil “Hürriyyət” qəzetindən istefa verib.
Teleqraf.com-un məlumatına görə, qəzet onun bu gün “Başbakan kim olsun?” yazısını yayımlamadığı üçün belə bir qərar verib. Yazar köşə yazısına edilən senzuraya görə bu addımı atıb.
Özdilin ona zəng edənlərə “mənim üçün o kitab bağlandı” sözləri dediyi bildirilir.
Enis Bərbəroğlunun genəl yayın yönətmənliyindən istefasından sonra Özdilin istefası qəzet rəhbərliyində şok effekti yaradıb.
Qeyd edək ki, sözügedən yazıda Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan tənqid olunub. Özdilin “Baş nazir kim olsun?” yazısında baş nazir postuna Ərdoğanın oğlu Bilal Ərdoğanın gətiriləcəyi ironik üslubda təqdim olunub. Yazıya “Hürriyyət” qəzeti çapa gedərkən son anda müdaxilə edilib və qəzet səhifəsindən götürülüb.