1 İyul 2018 16:45
3 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahəti və dünyanı gəzməyi hər kəs sevir. Əksəriyyətimizə mane olan iki əsas məsələ var: maddi imkanların məhdudluğu və iş… Lakin ABŞ-da yaşayan bu qadın dünyanı gəzmək və həyatını istirahətdə keçirmək üçün bu iki şeydən imtina edib.

Teleqraf.com bloqunda özünü “Xaricdəki sarışın” (“The Blonde Abroad”) adlandıran Kiersten Riçin macəraları haqda məlumatı təqdim edir.

Uzun müddət dünyanı gəzmək haqda düşünən Kiersten bu qərarını 2011-ci ildə qətiləşdirir və Los Ancelesdəki iş yerini tərk edir. İndi də səyahətlərini davam etdirən amerikalı qadın məşhur səyahət yazarı kimi tanınır.

Kiersten Riç 7 il əvvəl verdiyi bu qərarını belə izah edir: “Bir çox insan kimi universitetə daxil olmaq, evlənmək və yaxşı iş tapmaq məsləhətləri ilə böyüdüm. Lakin mən əsl xoşbəxtliyə çatmaq üçün bütün bu şeyləri arxada qoydum”.

O, dediyi kimi də edir. Yüksək maaşlı işindən imtina edən Kiersten illərdir həm istədiyi həyatı yaşayır, həm də hoppisi ilə pul qazanaraq həyatına davam edir.

Kiersten Riç böyük oxucu kütləsi olan Theblondeabroad.com saytına aldığı reklamlar və jurnallara yazdığı məqalələrlə stabil gəlir əldə edə bilir.

Instagram və Twitter-də fəal olan amerikalı qadının hər iki sosial şəbəkədəki izləyicilərini sayı 1 milyona yaxındır.

Kiersten indiyədək 54 ölkədə olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər