24 İyul 2018 16:40
4 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumralın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdullovun sədrliyi ilə baş tutan prosesdə Sabunçu İcra Şöbəsinin icra məmuru Fuad Kərimov ifadə verib.

O bildirib ki, Təranə Qumrala məhkəmə qərarını icra etməklə bağlı dəfələrlə məlumat verilib, ona xəbərdarlıq edilib.

İcra məmurunun sözlərinə görə, Təranə Qumral məhkəmə qərarını icra etməkdən imtina edib.

Sonra Nazənin Salayevanın vəkili Ceyhun Yusifov və Təranə Qumral arasında mübahisə yaranıb.

Təranə Qumral heç vaxt məhkəmə qərarını icra etməyəcəyini, Nazənin Salayevadan üzr istəməyəcəyini bildirib.

Ceyhun Yusifov isə ondan məhkəməyə hörmətlə yanaşmasını, məhkəmə qərarını icra etməsini tələb edib.

Növbəti proses avqustun 2-də davam edəcək.

Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in “Bazar səhəri” verilişində başlayıb.

Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala “Səni ərimlə tutdum” deyib.

Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.

Buna görə də Nazənin məhkəməyə müraciət edib.

Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

Təranə Qumral Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməsi barədə qətnamə çıxarılıb.

Lakin Təranə Qumral məhkəmə qətnaməsini icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər