Dövlət Musiqili Teatrın aktyoru Novruz Qartalın üzərində ağır cərrahi əməliyyat keçirib.
Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.
Aktyor deyib ki, hazırda səhhəti normaldır:
“Qəfildən halım pisləşdi. Məni təcili tibbi yardımla 5 saylı şəhər Xəstəxanasına apardılar. Analizlərdən sonra xəbərdən şoka düşüm. Belimdə şiş yaranmışdı. Ağır bir əməliyyatdan sonra həkimlər o şişi kəsib götürdülər”.
N. Qartal qarşıdan gələn teatr mövsümündə səhnəyə çıxacağına ümüd edir.