13 Noyabr 2018 07:55
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyli və Məcnun konsertleri Londonda davam edir. Dünya səhnələrində - ABŞ, Avstraliya, Böyük Britaniya və başqa ölkələrdə 35 konsert vermişik. “Leyli və Məcnun”la Məhəmməd Füzuli və Üzeyir Hacıbəyov adlarını dünya bir daha duydu".

Teleqraf.com xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Fərqanə Qasımova deyib.
Onun sözlərinə görə, əcnəbilər Azərbaycan muğamını həmişə heyranlıqla dinləyir: “Biz əlimizdən gələn qədər bu yolda əziyyət çəkirik. Kimin peşəsi nədirsə, fərqi yoxdur, vicdanla Vətənimizin adını ucaltmalıyıq. Bu, bizim Vətənə payımız olsun”, - deyə Fərqanə Qasımova qeyd edib.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər