13 Noyabr 2018 08:15
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ komiks yazıçısı, ssenarist, aktyor, prodüser, televiziya aparıcısı Sten Li 95 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TMZ xəbər portalı məlumat yayıb. Məlumata görə, Sten Li noyabrın 12-də Los-Ancelesdə (Kaliforniya ştatı) xəstəxanalardan birinə çatdırılıb və orada keçinib. Bu ilin fevralında o, ürək və tənəffüs problemi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Daha əvvəl isə bir neçə dəfə səhhəti ilə bağlı olaraq tədbirlərdə iştirakını təxirə salmışdı.

Yazıçı Sten Li rəssamlar Cek Körbi və Stiv Ditko ilə əməkdaşlıq edərək, Hörümçək-adam, Fantastik dördlük, Qara Bəbir, İks-adamlar, Qarışqa-adam, Dəmir-adam və digər personajları yaradıb. O, “Marvel Comics” nəşriyyatında baş redaktor, naşir işləyib, sonralar şirkətin direktorlar şurasının sədri olub.


Müəllif: Teleqraf.com