26 Avqust 2014 12:47
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələ sənətdə gənc ifaçı idim, Gülarə xanım Əliyevanın “Dan ulduzu” ansamblının solisti idim. Gülarə xanım həmişə deyirdi: “Kaş ki, Mehriban kimi bir gəlinim olaydı”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibəti ilə sosial şəbəkədə yazdığı statusda qeyd edib:

“Dünyaya gələn çoxdur, bacım. Amma dünyada yaşamağa layiq olan o qədər də çox deyil. Siz nəinki bu gün, siz dünyaya gəlişinizdən insanlara sevgi, məhəbbətlə yanaşdınız. Adınızı kim verib bilmirəm, amma çox doğru seçimdir. İnsan adına çox bənzəyir. Son vaxtlarda, şəxsən özümün şahidi olduğum hadisələrdə, dəyərli sənətkar Xanım Qafarovaya göstərdiyiniz qayğı qətiyyən unudulası deyil. Bəlkə də Xanım mən onu təyyarədə görəndən sonra dünyasını dəyişəcəkdi, amma siz qoymadınız. Siz onu ən azı 9 ay balasına bəxş etdiniz. Ölüm haqdır. O cür xəstəni o qədər yaşatdınızsa, böyük işdir. Sonra da övladını himayənizə götürdünüz.

İllərlə göstərdiyiniz qayğı nəticəsində “Bülbüllər” dünyanın saysız ölkələri arasında ölkəmizin bayrağını ən uca pillələrə qaldırıblar. Sizin bu addımlarınızın qarşısında bir onu deyə bilərəm, dünyaya təsadüfən gəlməmisiniz. Siz dünyaya Allah tərəfindən göndərilmiş dəyərli insansınız. Uca ALLAH övladlarınızın, ailənizin yalnız xeyirli günlərini sizə göstərsin. Dünyada olduğunuz müddətdə neyləyim, necə edim, deməyəsiniz. Çox yaxşı ki, DOĞULDUNUZ BACIM. VAR OLUN. Millətimizin inandığı, çox sevdiyi qızı! Doğum gününüz mübarək!”

Birinci xanımı sosial şəbəkə vasitəsilə təbrik edən digər məşhur isə Faiq Ağayevdir: “Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı - xanım Mehriban Əliyevanın ad günüdür. Səmimi qəlbdən təbrik edirəm! Azərbaycan naminə etdiyiniz hər bir işdə qismətiniz uğur olsun! Sayqılarımla, 100% F.A”

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva 1964-cü il avqustun 26-ı Bakıda anadan olub.

Pərvin


Müəllif:

Oxşar xəbərlər