Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytında şair Musa Yaqubun AYB sədri Anarla bağlı yayılmış fikirlərinə yeni münasibəti əks etdirən xəbər yerləşdirib.
Teleqraf.com-un məlumatına görə, ayb.az-ın xəbərində deyilir:
“Sosial şəbəkələrdə görkəmli şair Musa Yaqubun Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla bağlı açıqlaması yayılıb. Guya Musa Yaqub iddia edib ki, xəstəliyiylə bağlı Anardan kömək istəyib, o etməyib.
Gənc yazıçı Ömər Xəyyam ustad şairin Buynuz kəndindəki evində olub.
Musa Yaqubla görüşən Ömər Xəyyamdan, AYB.az üçün açıqlama istədik. Gənc yazıçı bildirdi ki, yayılmış məlumatlarla bağlı Musa Yaqubdan münasibət öyrənib: “Novruzda gördüyümə görə xeyli yaxşılaşıb.
Arabir təngnəfəs olur, o da ki yaşın, iynə-dərmanın təsirləridi. Anardan narazılıq etmədi, dedi, ümumiyyətlə, o bəyanatı adımdan yazıblar”.