28 iyun tarixinde Gənc Peşəkarlar Forumun işçi sessiyasından sonra Forum iştirakçılarının Mədəniyyət gecəsi keçirilib.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iştirakçılar təmsil etdikləri ölkələrinin bayraqları, milli mətbəx nümunələri və içkilərindən ibarət nümunələri nümayiş etdirib.
Hər bir iştirakçı öz milli folklor və musiqiləri, həmçinin oz milli rəqsini göstərib.
Qeyd edək ki, adıçəkilən Forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
İyulun 2-dək davam edəcək forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr edilib.
Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılıb.