11 Sentyabr 2014 16:14
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onlar qeyri-peşəkar oyun oynayırlar”

Xalq artisti Həmidə Ömərova bəzi işbazlara əsəbləşib.

Teleqraf.com xəbər verir ki, “Facebook”da onun adından elan yazıb, paylaşanlara etiraz edən aktrisa bunun məqsədyönlü olduğunu bildirib. O sosial şəbəkədə yazdığı qeyddə məsələyə belə aydınlıq gətirib:

“Mənim adımdan elan yazanlar sadəcə öz məqsədləri üçün istifadə edirlər. Mənim toy şənlikləri və partilərinin təşkili ilə heç bir əlaqəm yoxdur. Özlərini peşəkar komanda adlandıranlar qeyri-peşəkar oyunlar oynayırlar. Yəqin ki, bir çox tanınmış adamların adlarından istifadə edirlər. Ayıb olsun!”

Pərvin


Müəllif:

Oxşar xəbərlər