1 Avqust 2019 20:26
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilir.

Qeyd edək ki, Hacı Murad Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. O, 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.


Müəllif: Teleqraf.com