23 Avqust 2019 21:31
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet şəbəkəsində Ceyms Bond haqqında filmin “Ölmək vaxtı deyil” adlı 25-ci hissəsinin çəkilişlərindən kadrlar yayılıb. Bu film sonuncu ola bilər.

Teleqraf.com xəbər verir ki, istifadəçilər Keri Fukunaqanın filminin Ceyms Bond haqqında franşizanın sonuncu hissəsi ola biləcəyini təxmin edirlər. Aktyor Deniel Kreyqin dublyoru 45 metrlik konstruksiyadan hoppanmanı yerinə yetirib. Bir çoxlarında belə bir sual yaranıb: Bond bundan sonra sağ qalacaqmı?

Bəzi fanatlar hesab edirlər ki, casus 007 həlak olacaq və “Ölmək vaxtı deyil” klassik serialın sonuncu hissəsi olacaq.

Daha əvvəl xəbər verilmişdi ki, Deniel Kreyqin sonuncu dəfə canlandıracağı Ceyms Bond ekoloji cinayətkarlar şəbəkəsini aşkarlayacaq. Filmin premyerası 2020-ci il aprelin 9-na planlaşdırılıb. Kino lentində, həmçinin Ana de Armas, Rami Malek, Kristof Valts, Lea Seydu çəkiliblər.


Müəllif: Teleqraf.com