30 Avqust 2019 23:29
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları gələn il tədbirin yeni məkanı olaraq Hollandiyanın Rotterdam şəhərini seçiblər.

Teleqraf.com xəbər verir ki, müsabiqə gələn il 12, 14 və 16 may tarixlərində keçiriləcək.

Qeyd edək ki, bu il "Eurovision" Mahnı Müsabiqəsi İsraildə keçirilib. Konsertdə 26 ölkədən olan iştirakçılar iştirak ediblər. Beynəlxalq mahnı müsabiqəsindəki qələbəni Hollandiyadan olan Duncan Lawrence qazanıb. İkinci yeri İtaliya təmsilçisi Mamud, üçüncü yeri isə rusiyalı müğənni Sergey Lazarev tutub.


Müəllif: Teleqraf.com