9 Oktyabr 2019 13:06
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Şəhriyar Ddel Gerani imzasından imtina edib.

Teleqraf.com xəbər verir ki, o öz şəxsi Feysbuk hesabında bu imzayla daha heç vaxt şeir yazmayacağını bildirib:

‘‘Bu gündən şair olaraq "Şəhriyar Del Gerani" imzasından imtina edirəm. Bu imzayla daha heç vaxt şeir yayımlamayacam. Şair Şəhriyar Del Gerani kimi iki şeirlər kitabı çap etdirmişəm: "Darıxmağın adı" (2015) və "Gecəniz şeirə..." (2019).

Ümumilikdə 100-150 şeirdir. Mənimcə, bəs qədərdir. Ən dahi şair hesab olunan imzaların da dünya ədəbiyyatşünaslığında 10-15 şeiri təhlil olunub. Bunu nə üçün deyirəm? Yəni oxucularımın da məndən inciməyə yeri qalmır. Nədirsə, budur. Xulasə, bundan sonra yazacağım şeirlər imzasız yayımlanacaq”.


Müəllif: Teleqraf.com