5 Dekabr 2019 00:25
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Shazam” musiqi axtarış xidməti 2019-cu ildə ən çox axtarılan mahnıların reytinqini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, siyahıda birinci yerdə amerikalı müğənni Billi Aylişin “Bad Guy” mahnısı yer alıb.

İkinci yerdə şotlandiyalı müğənni Lyuis Kapaldinin “Someone You Loved” mahnısı, üçüncü yerdə avstraliyalı musiqiçi “Tones and I”ın “Dance Monkey” mahnısı qərarlaşıb.

İlk beşlikdə həmçinin Pedro Kapo və Farrukonun ifasında “Calma” və “Meduza” və “Goodboys” qruplarının “Piece of Your Heart” mahnıları yer alıb.


Müəllif: Teleqraf.com