22 Aprel 00:14
1 330

Kurtlar vadisi pusu” serialında Ustad Ronald obrazı ilə daha da məşhurlaşan aktyor Umut Demirdelen vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə teatr aktyoru Nedim Saban məlumat verib.

Xroniki ağciyər xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən U.Demirdelen orada dünyasını dəyişib.

Qeyd edək ki, 67 yaşlı aktyor “Yaprak dökümü”, “En son babalar duyar”, “Payitaht Abdülhamit”, “Söz” kimi seriallarda da rol alıb.


Müəllif: Teleqraf.com