16 Oktyabr 2014 00:22
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 18 oktyabr - Müstəqillik Gününə həsr olunan payız sərgisi açılıb.

Teleqraf.com xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva 18 oktyabr - Müstəqillik Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan Respublikası bir çox çətinliklərlə üzləşib.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməklə ölkəmizi parçalanmadan, yox olmaqdan xilas edib, Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlayıb, onu güclü dövlətə çevirib.

Sərgidə 30 rəssamın 50-yə yaxın əsəri sərgilənir.


Müəllif:

Oxşar xəbərlər