17 Oktyabr 2014 03:04
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün qadınlar gözəl və gənc görünmək üçün fərqli yollara baş vururlar. Teleqraf.com bu yollar arasında ən əsas olan 6 qaydanı təqdim edir.

1. Quru saçlara banan

Bir ədəd bananı yaxşıca əzib 1 çay qaşığı badam yağı ilə qarışdırın, saç diblərindən başlayaraq aşağıya qədər sürtün. 20 dəqiqə saxladıqdan sonra durulayın.

Başqa bir üsul olaraq, 1 yumurta, 1 xörək qaşığı sirkə, 2 xörək qaşığı bitki yağını qarışdırın. Bu qarışmı baş dərinizi ovaraq sürtün. Saçlarınızı darayaraq qarışımın bütün saçlara eyni bərabərdə yayılmasına çalışın. 15 dəqiqə saxladıqdan sonra yuyun.

2. Xiyar sürtüb canlandırın

A, B, C vitaminləri, fosfor, potasium, dəmir, maqnezium, selenium bazası olan xiyar hər cür dəri probleminə yaxşı təsir edir. Susuzluğu yox etdiyi üçün dərinin nəm nisbətini tənzimləyir. Canlandırıcı və yumşaldıcı təsiri var.

Dəriniz üçün hər gün 1 ədəd xiyar yeyin. Xiyarın qabığını bir az qalın kəsib dərinizə sürtün.

3. Qırışlara qarşı meyvə

Tərəvəz, paxlalılar, zeytun yağı və bəzi meyvələr günəş işığının səbəb olduğu mənfi təsirləri aradan qaldırır. Dərini günəş təsirindən qoruyan digər antikanserogen təsirli qidalara balıq, ərik, alma və çay aiddir. Ət, südlü qidalar, şəkər, kərə yağı və marqarin çox yeyənlərin üzündə qırışlar çox meydana gəlir.

4. Dodaqlar balla parıldasın

Bal tərkibindəki vitamin, mineral, antioksidan və aminoasitlər sayəsində müalicəedici özəlliyə malikdir. 1 fincan badam yağını və yarım fincan bal şanını mikrodalğalı sobada şan əriyənə kimi saxlayın. 2 qaşıq bal əlavə edib qarışdırın və soyudun. Qapaqlı qablara əlavə edib istifadə edin.

5. Quru dərinin dərmanı - gül

Yağlı cild kimi quru cild də çox problem yaradır. Quru cilddən şikayət edirsizsə, gül suyu və gül yağından yararlana bilərsiz. 3 damla gül yağını 3 damla lavanda yağı ilə qarışdırıb dərinizə sürtün. Dərinizin gərginlikdən xilas olub canlandığını görəcəksiz.

6. Yaxşı bir yuxu

Dəriniz özünü yeniləmək və bəslənmək üçün dərin bir yuxu üçün gecəni gözləyir. Gecə qan dövranı canlanırr və hormonlar sayəsində təkrar nəmlənir. Gecənin dərimizə bəxş etdiyi əsas xidmət sakitləşməkdir. Yəni gün boyunca zərərli təsirlərə qarşı müqavimət göstərməkdən yorulan dəridə yaşanan dartılmalar ortadan qalxar və dəri sakitləşər.


Müəllif:

Oxşar xəbərlər