Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (ATM) ölkəmizi noyabrın 8-dən 16-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək XXXIII Beynəlxalq İstanbul kitab sərgisində təmsil edəcək.
Mərkəzdən Teleqraf.com-a bildirilib ki, ATM artıq iştirak üçün qeydiyyatdan keçib və bundan sonra hər il sərgiyə rəsmi dəvət alacaq.
ATM-ın nəşrlərinin xüsusi stenddə nümayiş olunacağı sərgidə mərkəzi təmsil edən nümayəndə heyəti bir sıra nəşriyyat və tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq barədə görüşlər keçirəcək.