20 Oktyabr 2014 01:45
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 19-da İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) qurultayı keçirilib.

Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra İSTAD-ın sədri Səfər Qaraqoyunlunun hesabat məruzəsi dinlənilib.

Teleqraf.com-un məlumatına görə, məruzə ətrafındakı çıxışlarda təşkilatın ötən dövrdəki fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, İSTAD Azərbaycan –Türkiyə münasibətlərinin inkişafında, eləcə də hər iki ölkənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görüb.

Yenidən İSTAD-ın sədri seçilən Səfər Qaraqoyunlu təşkilatın qarşısında duran vəzifələrindən bəhs edıb. O deyib ki, rəhbərlik etdiyi təşkilat tutduğu yola bundan sonra da sadiq olacaqdır.


Müəllif:

Oxşar xəbərlər