31 Mart 2021 16:35
2 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.

Bu haqda Teleqraf.com-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib:

"Bəsti Cəfərovanın testinin nəticəsi pozitiv çıxıb. Bir neçə gün qızdırması olub. Hazırda "Yeni klinika"ya yerləşdirilib. Səhhəti həkimlər tərəfindən normal qiymətləndirilir.

Bu gün KT müayinəsindən keçəcək. Temperaturu var, amma şükür ki, boğulma halları yoxdur. Allahdan Bəsti xanıma şəfa diləyirik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər