10 Noyabr 2014 16:38
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı Elm Festivalı-2014”ün açılışı olub.

Teleqraf.com-un məlumatına görə, festival AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azercell”n sponsorluğu ilə keçirilir. Ölkəmizdə ilk dəfə keçirilən festivalın əsas məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini ictimaiyyətə tanıtmaqdır.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, bu gün Azərbaycan elmi böyük potensiala malikdir. Elmimizin xeyli nailiyyətləri var. Festivalın keçirilməsi Azərbaycan elminin gələcək inkişafına dəstək verəcək, bu sahədə uğurların artmasına imkan yaradacaq. A.Əlizadə bu festivalın Azərbaycan elmində kadr hazırlığına da böyük töhfə olacağını vurğulayıb. AMEA-nın prezidenti Azərbaycanda elmin və təhsilin inkişafına göstərilən qayğıdan, Akademiyanın bir sıra dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrindən, alimlərin elmi tədqiqatlarından da bəhs edib.

Bildirilib ki, elm festivalı çərçivəsində bir sıra tədbirlər keçiriləcək, AMEA-nın Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Digər çıxış edənlər də festivalın elmə marağın artırılmasında mühüm rolu olacağına əminliklərini bildiriblər.


Müəllif:

Oxşar xəbərlər