23 Noyabr 2014 06:17
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Optima Study” Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsil” beynəlxalq sərgi-yarmarkası keçirilib.

Teleqraf.com xəbər verir ki, sərgidə ABŞ, Rusiya, Kanada, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən ali təhsli təhsil ocaqları iştirak edib. Ümumilikdə dünyanın 20-ə yaxın ölkəsinin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan universitetləri də təmsil olunub.

Sərgidə ölkəmizi Sumqayıt Dövlət, Qafqaz və Bakı Slavyan universitetləri təmsil edib. Sərgidə xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün mövcud imkanlarla bağlı iştirakçılara məlumat verilib.

Azərbaycan universitetlərinin təşkil etdiyi sərgidə bakalavr və magistratura, o cümlədən MBA proqramı barədə geniş məlumatlar əks olunub.


Müəllif:

Oxşar xəbərlər