15 İyun 2022 19:45
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur avstraliyalı aktyor Hyu Cekman yenidən koronavirusa yoluxub.

Teleqraf.com-un xəbərinə görə, aktyor bu barədə özünün İnstaqram hesabında məlumat verib.

O bildirib ki, xəstəliyi səbəbindən "Brodvey" səhnəsində hazırlanan "Musiqiçi" tamaşasında iştirak edə bilməyəcək. Buna görə onu səhnədə Maks Kleyton əvəz edəcək:

“Ən dəhşətlisi odur ki, onun performansını görə bilməyəcəm. Mən bunu əvvəllər demişəm və milyon dəfə də deyəcəyəm: Maks və onun kimilər, siz teatrın əsl qəhrəmanlarısınız. "Tamaşa davam etməlidir" deyimini yaşadan insanlarsınız", - deyə aktyor bildirib.

Hyu Cekman koronaya dəfə 2021-ci ilin dekabrında yoluxub.


Müəllif: Nərmin