19 İyun 2022 18:14
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

53 yaşlı amerikalı aktrisa Cennifer Eniston internet ulduzlarını tənqid etdiyinə görə ikiüzlülükdə ittiham edilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa həmkarı Sebastian Stana müsahibəsində qalmaqallı açıqlamalar verib.

O bildirib ki, müasir Hollivud ulduzlarının çoxu uğurlarını istedad və bacarıqlarına deyil, 1990-cı illərdə yeni mədəniyyəti formalaşdıran internetə borcludur.

“Çox şanslıyam ki, film sənayesinin indiki durumundan öncə kinoda fəaliyyətim olub. İndi tanınmaq üçün bir çox platformalar mövcuddur: siz “Tik-tik”dan, “İnstraqram”dan, “Yutub”dan tanına bilərsiniz”, - deyə aktrisa bildirib.

Eniston əlavə edib ki, bir çox həmkarları heç bir səy göstərmədən də karyera qurmağı bacarıb.

Enistonun fikirləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Tənqidlərə tuş gələn aktrisaya özünün məşhur sənətçi ailəsində doğulduğunu xatırladaraq, bu faktın onun kino karyerasına gedən yolunu müəyyən dərəcədə asanlaşdırdığını vurğulayıblar.

Bəzilərinin fikrincə isə Eniston daha çox bir dönəm sevgili olduğu Bred Pittlə adının hallanmasından sonra məşhurlaşıb.


Müəllif: Pərvin Cəfərova