6 Avqust 2022 00:11
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk qorxu janrlı qısametrajlı serialı “İblisin kitabı” avqustun 13-də təqdim olunacaq.

Filmin istehsalçı studiyası "Red Fox"dan Teleqraf.com-a verilən məlumata görə, ekran işi 3 seriyadan ibarətdir.

"İblisin kitabı" YouTube platformasında – "Red Fox" kanalında yayımlanacaq.

Qeyd edək ki, serialın rejissoru Səid Qurbanovdur. Köməkçi rejissor Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.


Müəllif: Nərmin