12 Avqust 2022 13:36
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç bir teatrda olmayan proses Gənc Tamaşaçılar Teatrında baş verdi. Bizə dedilər ki, yaşınız çoxdur, ərizənizi yazıb işdən çıxın. Mən də, Yasin Qarayev də ərizə yazdıq. Amma heç bir teatrda belə hal olmayıb. Yalnız Gənc Tamaşaçılar Teatrında bu məsələ qaldırıldı. O da rəhbərliyə təyin olunan xanım (Naidə İsmayılzadə-red.) tərəfindən baş verdi. O gələn kimi bizi işdən çıxardı”.

Bu sözləri Teleqraf.com-a Xalq artisti Tariyel Qasımov deyib.

O bildirib ki, müqavilə əsasında teatrdakı fəaliyyəti davam edə bilərdi: “Təklif oldu ki, gəlin müqavilə ilə işləyin. Müqaviləyə imza atan kimi mənim oynadığım bütün tamaşaları repertuardan çıxardılar. Müqaviləyə əsasən, bir ayda üç tamaşa oynayırdımsa, qonorarım maaşdan da çox hesablanırdı”.

Aktyor bildirib ki, Naidə İsmayılzadə ilə aralarında heç vaxt şəxsi qərəz olmayıb:

“Onun atası çox yaxşı kişi idi. Lənkəran Teatrını yaradanlardan biri idi. Həmin xanım Mədəniyyət Nazirliyində işləyəndə mənə çox xoş münasibəti var idi, rollarımı da bəyənirdi. Nə isə... Görünür, öz adamlarını teatra gətirmək üçün kimlərisə işdən çıxartmaq lazım idi. Biz çıxandan sonra teatra çox adam gətirdi”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər