1 Sentyabr 2022 12:15
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün tələbə adını qazananlar arasında məşhurların da övladları var.

Teleqraf.com xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist, “Yuxu kimi” serialının Çinarı Elxan Yunisin övladları tələbə adını qazanıb. Aktyor bununla bağlı paylaşım edib:

“Mənim bu hüzrlü vaxtımda tələbə adı qazanıb üzümü güldürdüyünüz üçün sizə təşəkkür edirəm, əziz övladlarım. Uğurlarınız bol, yolunuz açıq olsun”.

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artistin anası dünyasını dəyişib.

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərovun qızları da tələbə adını qazanıb. Bu barədə aktyorun həmkarı İlham Əsədov məlumat verib. O bildirib ki, Rəşad Səfərovun böyük qızı Aysun Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistr pilləsinə, ikinci qızı Aysel xanım İqtisad Universitetinin dizayner fakültəsinə qəbul olub.


Müəllif: Pərvin Cəfərova