Hollivud aktrisası Ceyn Fonda qeyri-Hodgkin limfoması diaqnozu qoyulub.
Teleqraf.com xəbər verir ki, o bu haqda İnstaqram hesabında məlumat verib.
Aktrisa artıq kimya terapiyaya başladığını yazıb və bildirib ki, onda aşkarlanan xərçəng növü müalicə oluna bilər.
“Bu diaqnoz qoyulan insanların 80 faizi sağ qalır, ona görə də mən çox şanslıyam”- Fonda yazıb.
Onun sözlərinə görə, xəstəlik sizi həyatınızı yenidən düşünməyə vadar edir və bütün səylərinizi oxşar diaqnozu olan insanlara dəstək olmağa yönəldir.
“Belə xəstələr özlərini tənha hiss etməməlidirlər”- aktrisa vurğulayıb.