9 Sentyabr 2022 18:48
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim 75 yaşım var, o, bütün həyatım boyu mənimlə olub. Daha yanımda olmayacağına görə çox kədərlənirəm. Ancaq şadam ki, o, rahatlıq tapdı, buna layiq idi, çünki o, həddindən artıq çox çalışırdı”.

Teleqraf.com “Variety” jurnalına istinadən xəbər verir ki, bu sözləri məşhur müğənni Elton Con kraliça II Yelizavetanın ölümünə münasibət bildirərkən deyib.

Musiqiçi Torontoda konserti zamanı kraliçaya ehtiramını bildirib.

“Əlahəzrət Kraliça Yelizabetin vəfat etməsi ilə bağlı kədərli xəbər aldıq. O, ətrafdakılara, o cümlədən mənə ilham verdi. O, fantastik insan idi. Ölkəni ən böyük hadisələrdən və ən qaranlıq dövrlərdən lütf, nəciblik, səmimi sevgiylə idarə etdi”- deyə Con bildirib.

Qeyd edək ki, II Yelizaveta ötən gün 97 yaşında Balmoralda dünyasını dəyişib. Onun oğlu Çarlz yeni kral oldu.


Müəllif: Nərmin

Oxşar xəbərlər