Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün proqramla çıxış edəcək.
Bu barədə Bakı Sirkindən Teleqraf.com-a məlumat verilib. Bildirilib ki, “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı beynəlxalq sirk proqramı 12 oktyabr tarixindən start götürəcək.
Sirk proqramında iştirak etmək istəyən şəhid və qazi ailələri Bakı Dövlət Sirkinin bütün resursları üzərindən əlaqə saxlaya bilərlər.
Ümumilikdə proqram 14 oktyabrdan başlayaraq 27 noyabr tarixinə kimi davam edəcək. Bu müddət aralığında da şəhid və qazi ailələri üçün proqram ödənişsiz olacaq.