24 Oktyabr 2022 18:18
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

90-cı illərin məşhur türkiyəli modellərindən olan Sinəm Ürətmən 51 yaşında dünyasını dəyişib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, model uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

“Snob” jurnalının iddiasına görə, xərçəng xəstəliyi modelin bütün bədəninə metastaz verib.

Ağrıya dözməyən Sinəm Ürətmən evtanaziya edərək həyatına son qoyub.

Qeyd edək ki, 1994-cü ildə “Bir payız hekayəsi” filmi ilə tamaşaçı qarşısına çıxan Sinəm daha sonra bir sıra seriallarda rol alıb.

1994-cü ildə “Kınalı bebek” mahnısının klipi üçün müğənni Demet Sağıroğlu ilə kamera qarşısına keçib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər