Əməkdar artist Münəvvər Əliyeva illər öncə “Qatil” tamaşasına gələn Alim Qasımovun yataq səhnələrinə etiraz olaraq zalı tərk etməsi ilə bağlı yaranmış qalmaqala aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə “Səhərin səsi” verilişində danışıb:
“O məsələni şişirdib tamamilə başqa cür təqdim ediblər. Alim Qasımov ailəvi yaxın dostumuzdur. O, oynadığım “Qatil” tamaşasına mənim və rejissor Mehriban Ələkbərzadənin dəvəti ilə gəlmişdi. Bəli, birinci hissəyə baxmadılar, sona doğru zaldan çıxmışdılar.
Etirazını dedildiyi kimi nümayişkəranə şəkildə edib-etməməsini soruşduq, dedi ki, belə bir şey olmayıb. Sadəcə durub gediblər. Əlbəttə, ola bilər, qəbul etməsin. Amma ikinci hissədə oturub tamaşaya baxmış olsaydı, birinci hissədəki yataq səhnələrinə mütləq bəraət qazandırardı. Bir az küskünlük yarandı, amma uzun illər sonra görüşdük, yaxınlaşıb özü üzr istədi”.