“Noyabrın 21-dən Mədəniyyət Nazirliyi tərəfindən Kukla Teatrında aparılan cari yoxlamalar davam edir”.
Teleqraf.com xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova deyib.
O bildirib ki, noyabrn 28-nə təyin olunan mətbuat konfransı qeyri-müəyyən vaxta təxirə salınıb:
“Buna səbəb yoxlamanın bitməməsi, müvafiq sənədləşmə işlərinin tamamlanmamasıdır. Nəticədən asılı olmadan vəd etdiyimiz mətbuat konfransını keçirəcəyik.
Azərbaycan Dövlət Kukla Teatrı uzun illik tarixi olan sənət ocağı, uşaqlarla işləyən təşkilatdır. O baxımdan mövzu həssasdır. Məsələ ilə bağlı hər hansı xəbər, araşdırma hazırlayanda mövzunun həssaslığını nəzərə almağınızı xahiş edirik”.
Həmidə Rüstəmova əlavə edib ki, aparılan yoxlamalar, baş verən proseslər teatrın işinə mane olmayıb:
“Cari tamaşalarımızla yanaşı yeni tamaşalarımızın da məşqləri davam edir. Maraqlı repertuar, zəngin tamaşalarla görüşünüzə gələcəyik. Noyabrın 30-da Kukla Teatrı beynəlxalq festivalda iştirak edəcək, inanırıq ki, bu dəfə də qalib kimi geri dönəcək”.