Məşhur “Aşk-ı Memnu” serialının rejissoru Hilal Saralın sosial şəbəkə hesabından paylaşdığı foto izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Teleqraf.com xəbər verir ki, rejissor lentə aldığı serialın baş qəhrəmanları - Beren Saat və Kıvanç Tatlıtuğla bir araya gəlib.
Hilal Saral birlikdə çəkilən fotolarını “Ulduzlardan gələn iki işıq” şərhi ilə instaqram hesabında paylaşıb.
2008-ci ildə ekranlara çıxan “Aşk-ı Memnu” izləyicilər tərəfindən çox bəyənilərək izlənmə rekordları qırıb.
Təkrar seriyaları da maraqla izlənən serialın baş qəhrəmanları Beren Saat və Kıvanç Tatlıtuğ bütün zamanların ən yaxşı serial cütlüyü seçilib.
Qeyd edək ki, bu yaxınlarda ikili başqa bir layihədə də birlikdə iştirak ediblər.