Dekabrın 16-da Heydər Əliyev Sarayında estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, konsertdə orkestrin və solistlərin ifasında gözəl əsərlər, məşhurlaşan və sevilən mahnılar səslənəcək. Bildirilib ki, bu konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə 2014-cü il 1 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində estrada-simfonik orkestri yaradılıb. Orkestrin bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar əməkdar artist Salman Qəmbərov, dirijor Azər Allahverdiyevdir
Nərmin