Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov vəfat edib.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bəstəkar 81 yaşında dünyasını dəyişib.
Bildirilib ki, O.Rəcəbovun hansı səbəbdən öldüyü məlum deyil.
Qeyd edək ki, 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub. O, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.