22 Dekabr 2014 12:33
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qara Bağ” adlı qısametrajlı bədii filmin istehsalına başlanılıb.

Teleqraf.com xəbər verir ki, film “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilir. Rejissorun sözlərinə görə, filmin adının “Qara Bağ” olması heç də təsadüfi deyil:

““Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırki yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.”

Yeni ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər